Son yeniləmə: 28 Dekabr 2024 08:11
BAYRAQDAR MEDİA – “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin tərkibində dəyişiklik edilib.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, “Xəzri TN” MMC-nin direktoru İlkin Şabanov və “Seranit Azərbaycan” MMC-nin direktoru Ufuk Polat idarə heyətinin üzvlüyünə qəbul edilib. Onlar Zeki Gül və Aslan Abdullayevi əvəz ediblər.
Hazırda İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:
1. Rəşad Cabirli -İdarə Heyətinin sədri
2. Hüseyin Yapar – İdarə Heyəti sədrinin birinci müavini, Qurumlarlə əlaqələr komissiyasının sədri
3. Emin Əzizli – İdarə Heyətinin üzvü, Kənd Təsərrüfatı və Turizm Komissiyasının sədri
4. Osman Yaqubov – İdarə Heyətinin üzvü, Karz-ı Hasen fondunun sədri
5. Alim Şentürk – İdarə Heyətinin üzvü, Yaşıl və Rəqəmsal transformasiya komissiyasının sədri
6. Elvin Əliyev – İdarə Heyətinin üzvü, Təhsil və Mədəniyyət Komissiyasının sədri
7. İlkin Şabanov – İdarə Heyətinin üzvü, İstehsalat və Ticarət komissiyasının sədri
8. Ufuk Polat – İdarə Heyətinin üzvü, İnşaat və Tikinti materialları komissiyasının sədri
9. Fatih Uzun – İdarə Heyətinin üzvü, Təşkilatlanma və Üzvlərlə əlaqələr komissiyasının sədri
10. Azər Göyüşov – İdarə Heyətinin üzvü, Maliyyə və planlama komissiyasının sədri
11. Remzi Mişeli-İdarə Heyətinin üzvü, MTO təmsilçisi
12. Akif Başoğlu-Gənc MÜSİAD Azərbaycan rəhbəri
Xatırladaq ki, MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamlarl Dərnəyi) 1990-cı ildə Türkiyədə təsis edilib. Hazırda Türkiyədə 84, ölkə xaricində 99 şöbəsi ilə, 84 fərqli ölkədə 179 filialı özündə birləşdirir. MÜSİAD Azərbaycanda 2018-ci ildən aktiv fəaliyyətdədir.
İlk şərhi yaza bilərsiniz