Press "Enter" to skip to content

Bələdiyyədən Yeni il tənzimləməsi

Eskişehir

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi 2025-ci ilin ilk günü üçün müxtəlif tənzimləmələr edib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “yanvarın 1-i turizm mərkəzlərinin bağlanacağı açıqlanarkən, ictimai nəqliyyatda da mühüm dəyişikliklər ediləcəyi vurğulanıb. Yeni ili Eskişehirdə qarşılamağa hazırlaşan vətəndaşlar və turistlər üçün əhəmiyyətli açıqlamalar verən Böyükşəhər Bələdiyyəsi, tematik muzey və mərkəzlərin 1 yanvarda ziyarətçilərə bağlanacağını qeyd edib”.

İctimai nəqliyyatın təşkili ilə bağlı məlumat verən bələdiyyə gecə xidmətlərinin dekabrın 31-nə keçən gecə də davam edəcəyini bildirib: “Otogar-SSK və SSK-Otogar istiqamətlərində tramvaylar saat 01:30 və 02:30-da işləyəcək, vətəndaşlar gecə boyu ictimai nəqliyyat imkanlarından yararlana biləcəklər. Bundan əlavə, 997, 998 və 999 nömrəli gecə dairəvi avtobuslar səhərə kimi fəaliyyət göstərəcək. 1 Yanvarda ictimai nəqliyyatda “Bazar” tezliyi tətbiq olunacaq”.

Mission News Theme by Compete Themes.