Son yeniləmə: 28 Dekabr 2024 08:09
BAYRAQDAR MEDİA – Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Şərur rayonunda sakinlərlə görüşüb.
Bu barədə Ali Məclisin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Şərur şəhərində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Sonra İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilib. Görüşdə vətəndaşların, o cümlədən şəhid ailələrinin problemləri dinlənilib, müraciətlərin hər birinin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi qeyd olunub”.
İlk şərhi yaza bilərsiniz