Press "Enter" to skip to content

130 min şəxsə 366 min xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 28 Dekabr 2024 08:07

BAYRAQDAR MEDIA – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Nazirlik tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə: şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub; şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6800-dək mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib; şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 68,7 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib; müharibə ilə əlaqədar əlilliyi olan 2249 şəxs 61,7 min reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 600 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub; şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 25 minədək şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 366 min xidmət göstərilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.