Press "Enter" to skip to content

Quzey Makedoniya türklərinin dil hüquqları

Salih Murat

Son yeniləmə: 27 Dekabr 2024 08:53

ATƏT bunun üçün konkret addımlar atır

BAYRAQDAR MEDİA – Quzey Makedoniya türklərinin dil hüquqları ATƏT-in diqqət mərkəzindədir. Bu barədə Makedoniya Türklərinin Haqqları və Demokratiya Hərəkatının Avropa Cəbhəsindən seçilmiş Şimali Makedoniya Parlamentinin deputatı Salih Murat məlumat verib.

X sosial şəbəkə hesabında etdiyi paylaşımda S.Murat Makedoniya Türkləri Haqqları və Demokratiya Hərəkatına ATƏT-dən mühüm məktub gəldiyini açıqlayıb. O, Quzey Makedoniyadakı türk icmasının dil hüquqları ilə bağlı apardığı araşdırmaların və təqdim etdiyi hərtərəfli təhlil hesabatının qiymətləndirildiyini və ATƏT-in Skopye missiyası ilə görüş keçirildiyini bildirib.

Salih Murat qeyd edib ki, bu çərçivədə keçirilən görüşdə təkcə Quzey Makedoniyadakı türk icmasının dil hüquqları deyil, təhsil, siyasi təmsilçilik və bərabər təmsilçiliklə bağlı həssas məsələlər də ətraflı müzakirə olunub.

 

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.