Son yeniləmə: 27 Dekabr 2024 12:24
BAYRAQDAR MEDİA – Manisadakı media mənsubları 8 Eylül Xəstəxanasından endirimli xidmət alacaqlar.
Bu barədə manisamedya.com saytı məlumat yayıb.
Bildirilib ki, “Manisa Jurnalistlər Cəmiyyəti ilə 8 Eylül Xəstəxanası arasında əldə edilən razılığa əsasən media təmsilçiləri üçün əvvəllər nəzərdə tutulan 10 faizlik endirim güzəşti indi 15 faizə çatdırılıb. Xəstəxana baş həkimi Hasan Hemmati ilə Manisa Jurnalistlər Cəmiyyətinin sədri Öndər Aydının imzaladığı yeni razılaşmaya əsasən, media təmsilçiləri və onların birinci dərəcəli qohumları üçün xəstəxanada müalicə və baxım haqlarında 15 faiz endirim tətbiq ediləcək”.
İlk şərhi yaza bilərsiniz