BAYRAQDAR MEDİA – Dekabrın 26-da İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA İslam Respublikasında insan haqlarının vəziyyəti, xüsusilə də 2024-cü il üçün illik hesabat dərc etməklə bu il ölkə zindanlarında ən azı 883 nəfərin dar ağacından asıldığını açıqlayıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərə əsasən, edam edilənlərdən 26 nəfəri qadın, 5 nəfər isə 18 yaşdan kiçik olub. Onlardan 51,87 faizi narkotik qaçaqmalçılığı, 40,54 faizi qətl, 2 faizi cinsi zorakılıqda, digərləri isə silahlı soyğunda günahlandırılıb. Ölüm hökmü həyata keçirilən həbsxanaların müqayisəsində Kərəcin Qızılhisar və Şirazın Adilabad zindanları ilk sıradadır. Beynəlxalq Əfv Təşkilatı 2023-cü ildə dünya üzrə edamların 74 faizinə İranın cavabdeh olduğunu vurğulayıb.
İlk şərhi yaza bilərsiniz