BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu rayonunun İlxıçı kəndi ərazisində, Ağsu-Kürdəmir avtomobil yolunun üzərində yerləşən, Şıxıyev Fəhrad Sabir oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
– obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;
– ərazi yanar tullantılardan təmizlənməyib;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
– obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək”.
Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Ağsu rayonunun İlxıçı kəndi ərazisində, Ağsu-Kürdəmir avtomobil yolunun üzərində yerləşən, Şıxıyev Fəhrad Sabir oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
İlk şərhi yaza bilərsiniz