Press "Enter" to skip to content

“Beynəlxalq ticarət” işçi qrupunun virtual iclası

İclas zamanı

Son yeniləmə: 27 Dekabr 2024 12:16

BAYRAQDAR MEDİA – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “işçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun rəhbəri, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən iclasda cari il ərzində görülmüş işlərə dair müzakirələr aparılıb. İclasda Yol xəritəsində nəzərdə tutulan bəndlərin, “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı İntensiv Kommunikasiya Planının icra vəziyyətinə dair təqdimatlar dinlənilib”.

Məlumata görə, iclasda, həmçinin hazırda yaradılmaqda olan “ticarət informasiya portalı” barədə iclas iştirakçılarına məlumat verilib: “Portalda beynəlxalq ticarət prosedurları və qaydalarına dair ardıcıl məlumatlar, xarici ölkələrin idxala dair tələbləri, gömrük prosedurları və digər məlumatlar öz əksini tapacaqdır. Portalın 2025-ci ilin 2-ci yarısında tam fəaliyyətə başlaması planlaşdırılır. Daha sonra “B-Ready” sorğusunun növbəti il üzrə qiymətləndirməsinə dair məlumatlar və 2025-ci il üzrə Yol xəritəsinə daxil ediləcək tapşırıqlara dair müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.