Press "Enter" to skip to content

“Türk dünyasında qiymətləndirmə sektorunu inkişaf etdirəcəyik”

Vüqar Oruc

Son yeniləmə: 26 Dekabr 2024 09:03

Vüqar Oruc: 2024-cü ili Azərbaycan və ümumilikdə türk dünyası qiymətləndiriciləri üçün önəmli il hesab etmək olar

BAYRAQDAR MEDİA – 2024-cü ili Azərbaycan və ümumilikdə türk dünyası qiymətləndiriciləri üçün önəmli il hesab etmək olar. Belə ki, türk dünyasının qiymətləndirmə mütəxəssisləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində son illərdə atılan addımlar bu il özünün tarixi pik nöqtəsinə çatdırıldı”.

Bu sözləri BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc deyib.

O, bu əlaqələrin dərinləşməsində AQC-nin türk dünyası qiymətləndiricilərinin mərkəzi kimi həyata keçirdiyi işlərdən danışıb: “AQC bu istiqamətdə öz rolunu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaradılması təşəbbüsü ilə həyata keçirib. Bu təşəbbüs bizə məxsusdur. Birliyin yaradılması üçün 2022-ci ilin noyabrında Türkiyənin qiymətləndirmə təşkilatının rəhbəri ilə görüşərək razılıq əldə etdim. Daha sonra Orta Asiya dövlətləri ilə danışıqlara başladıq və təsadüfi deyil ki, məhz Birliyin əsası barədə ilk protokol 2023-cü ilin aprelində Bakıda imzalandı. İyun ayında isə Birlik yaradıldı”.

V.Oruc deyib ki, Azərbaycan tarixən həmişə türk dövlətləri içində türk birliyinin beyni rolunu oynayıb: “Biz də bu funksiyanı daşıyırıq və hesab edirik ki, Birliyimiz üçün hələ AQC-nin görəcəyi işlər çoxdur. Eyni zamanda bu ilin avqust ayından Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) Azərbaycanda qeydiyyatdan keçirilməsi istiqamətində proseslərə başlanılıb. Bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edilərək ilkin razılıq əldə olunub. Bu istiqamətdə dövlətlərdən müvafiq sənədlərin alınması və Ədliyyə Nazirliyinə təqdim olunması prosesini yekunlaşdırmaq üzrəyik. Hesab edirik ki, 2025-ci ilin əvvəllərində Ədliyyə Nazirliyi bizim müraciətimizə müsbət cavab verəcək. CAATS-ın Azərbaycanda qeydiyyata alınması böyük uğur olacaq. Bu, ciddi şəkildə həyata keçirilən iş nümunəsidir”. V.Oruc növbəti illərdə AQC-nin türk dünyasında qiymətləndirmə sektorunun inkişafına verəcəyi töhfələrdən də danışıb: “Türk dövlətləri arasında təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni üzvlərin cəlb olunması istiqamətində addımlar atacağıq. Əlavə olaraq, sertifikatlaşma prosesinə başlayacayıq. Türk dövlətlərinin qiymətləndirmə mütəxəssislərinin hazırlanması ilə bağlı tədbirlər görəcəyik, kurslar keçirəcəyik. Macarıstan Türk Dövlətləri Təşkilatına daxil olsa da, bizim Birlikdə təmsil olunmur. Macarıstanın da Birliyə cəlb olunması istiqamətində addımlar atılacaq. Rusiyada olan və əhalisi türkcə danışanmuxtar respublikaların bu prosesə hansısa formada cəlb olunması təşəbbüsünü irəli sürəcəyik. Çünki bu istiqamətdə ötən il müəyyən addımlar da atılıb. Düzdür, hələ bu addımlar öz nəticəsini verməyib. Amma hesab edirəm ki, həmin muxtar respublikaların da Birliyimizdə təmsil edilməsinə nail ola biləcəyik”.

“Hələ ki, planlarımız bunlardır. Təbii ki, həm Azərbaycan, həm də digər türk dövlətlərində sektor inkişaf edir. Hər bir ölkədə qiymətləndiricilərin daha da peşəkarlaşması, öz kvalifikasiyalarını yüksətlmələri və təşkilatlanması istiqamətində addımlar atılır. Hesab edirəm ki, bu, davamlı prosesdir. Getdikcə hər bir ölkədə qiymətləndirmə birlikləri daha da güclənəcək və fəaliyyətlərini geniş spektrda davam etdirəcək”, – deyə V.Oruc əlavə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.