Son yeniləmə: 26 Dekabr 2024 09:03
BAYRAQDAR MEDİA – Ankaradan yola düşən Turistik Doğu Ekspresi təxminən 24 saat davam edən nağıl səyahətindən sonra Qarsa çatıb.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, “Turistik Doğu Ekspresi ilə 2024-2025-ci illər dövrünün ilk səyahətindən sonra Qarsa gələn sərnişinlər vali Ziya Polat və protokol üzvləri tərəfindən qırmızı qərənfillə qarşılanıb. Nağıl səyahətindən sonra Qarsa gəldiklərini bildirən TCDD Taşımacılık A.Ş. Müştəri Xidmətləri Departamentinin rəhbəri Murat Akçay, “TCDD Taşımacılık olaraq, Turistik Doğu Ekspresi ilə yenidən Qarsdayıq. Yenidən sizinlə olmaqdan xoşbəxtik. Bizə bu imkanı yaratdığına görə Cümhurbaşqanımıza və nəqliyyat nazirinə təşəkkür edirik”deyib”.
Məlumata görə, daha sonra çıxış edən Qars valisi Ziya Polat deyib: “Qonaqlarımızı Qazi Qarsa salamlayırıq. Ümid edirəm ki, məhsuldar, heç bir qəza və problemsiz bir mövsüm olacaq. Bizə dəstək olan hər kəsə təşəkkür edirik”.
Xəbərdə o da vurğulanıb ki, Turistik Doğu Ekspresi ilə Qarsa gələn qonaqlara isti şorba və kaşar pendiri təqdim edilib. Qonaqlar daha sonra onlar üçün ayrılmış otellərə getmək üçün stansiya binasını tərk ediblər.
İlk şərhi yaza bilərsiniz