Son yeniləmə: 26 Dekabr 2024 22:24
BAYRAQDAR MEDİA – “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qurumun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bununla yanaşı, bütün sərnişinlər Azərbaycan qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar”.
İlk şərhi yaza bilərsiniz