Press "Enter" to skip to content

Suriyadan Azərbaycana başsağlığı

Dr.Muhtar Fatih Beydili

Son yeniləmə: 26 Dekabr 2024 09:02

Dr.Muhtar Fatih Beydili: Hələb türkmənləri olaraq Can Ata Vətənimiz Azərbaycanın dərdinə şərikik

BAYRAQDAR MEDİA – “Hələb türkmənləri olaraq Can Ata Vətənimiz Azərbaycanın dərdinə şərikik”.

Bunu BAYRAQDAR MEDİA-ya Suriya Türkmen Doktorlar Birliyinin başqanı Dr.Muhtar Fatih Beydili deyib.

Saytımızla əlaqə saxlayan Dr.Muhtar Fatih Beydili dekabrın 25-də baş verən təyyarə qəzasının Suriya türkmənlərinin də dərin kədərinə səbəb olduğunu deyib: “Qardaş ölkəmiz Azərbaycana məxsus təyyarənin qəzaya uğraması hamımızın ürəyini dərindən yaraladı. Can Ata Vətənimiz Azərbaycana dərin hüznlə başsağlığı verirəm. Allahdan həyatını itirənlərə rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik”.

Dr.Muhtar Fatih Beydili, həmçinin “Bu ağrılı hadisə təkcə Azərbaycanın deyil, biz Hələb türkmənlərinin və bütün türk dünyasının ortaq kədəridir. Ana Vətən Türkiyə ilə can Ata Vətən Azərbaycan hər zaman “bir millət, iki dövlət” anlayışı ilə bir-birinin yanında olub, sevincini, acısını birgə paylaşıb. Bu ağır günlərdə ürəyimiz Azərbaycan xalqı ilə döyünür. Allah bizə bir daha belə ağrı yaşatmasın”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.