Press "Enter" to skip to content

Rusiyaya uçuşlar dayandırılmalıdır

Azərbaycan Hava Yolları

BAYRAQDAR MEDİA – Dekabrın 25-də AZAL təyyarəsinin Çeçenistanın paytaxtı Qroznı istiqamətində vurulması ilə bağlı ehtimal özünü doğruldur. Kremlə yaxın Rusiya mediasının ilk andan yanıldıcı xəbərlər yayması da işə yaramayıb. Araşdırmalar sonucu bəlli olub ki, Azərbaycana aid sərnişin təyyarəsini Rusiya tərəfi raketlə vurub, sonra da onun yerə enməsini əngəlləyib.

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət bu qənaətdədir ki, Rusiya bunu hətta bilərəkdən etmiş ola bilər: “İndi Rusiya çox bərbad durumdadır. Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində bataqlığa saplanan bu imperiyanın daxilində xaos hökm sürür. Bir tərəfdən də özlərinin xəbis məqsədlərindən əl çəkə bilmirlər. O baxımdan kimin harada nə etdiyi və nə edəcəyi də bəlli deyil. Nəzərə alsaq ki, təyyarə qəza enişi etdikdən dərhal sonra Kreml mediası yanıldıcı məlumatlar yaymağa girişdi, belə başa düşmək olar ki, onun vurulmasından Rusiya rəhbərinin belə xəbəri olub. Elə olmasaydı Kremlə bağlı media israrla yalan məlumatları tirajlamazdı”.

Azər Həsrət deyir ki, “Azərbaycan tərəfi bu məsələyə gərəkli qiymət verilməsi üçün beynəlxalq səviyyədə məsələ qaldırmalıdır. Ümumiyyətlə isə Rusiya istiqamətində bütün uçuşları dayandırmaq lazımdır. Nəzərə alaq ki, bir tərəfdən həmin ölkədəki başıpozuqluq, anarxiya və yiyəsizlik, digər tərəfdən də Ukrayna PUA-larının davamlı hücumları var, onda Rusiya səması təhlükəsiz sayıla bilməz. Biz insanlarımızın həyatını riskə ata bilmərik, uçuşları tam dayandırmalıyıq”.

“Onu da xüsusi vurğulamaq istərdim ki, vurulan təyyarənin uçuşu zamanı hələ Qroznıya çatmamış GPS əlaqəsi əngəllənib. Təyyarə vurulsa da Qazaxıstan ərazisinə gedib çıxdıqdan sonra GPS bərpa edilib. Bu isə onu deməyə əsas verir ki, AZAL təyyarəsini bilərəkdən vurublar, buna görə də öncədən GPS-i əngəlləyiblər”, – deyə Azər Həsrət əlavə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.