BAYRAQDAR MEDİA – Dekabrın 25-də Güney Azərbaycanlı milli fəallar Ərdəbil şəhərində İranda yaşayan qaşqay türklərinə dəstək olmaq məqsədi ilə divarlara vərəqələr yapışdırıblar və İslam Respublikasının türklərə qarşı ayrı-seçkilik siyasətinə etirazlarını bildiriblər.
Xəbəri “Azad İran” Telegram kanalı “Araz News”a istinadla yayımlayıb.
Bildirilib ki, dəstək vərəqələri “Qaşqay Yurd – Azərbaycan, bir ürəkdir, bir can!” başlığı ilə dərc olunub.
Qeyd edilənə görə, ötən günlərdə qaşqay türkləri Fars əyalətində valilik binası qarşısına toplaşaraq, milli geyimlərinin qeydiyyata alınmamasına etirazlarını dilə gətiriblər. Etirazçılar “Azərbaycana dəstək” şüarı ilə başladıqları aksiyada “Qaşqayın paltarı, qaşqayın qalası!”, “Qaşqay türkü birlikdə, hekayənin sonuna qədər!”, “UNESCO, UNESCO, qaşqayın paltarı haradadır?” kimi şüarlar da səsləndiriblər.
İlk şərhi yaza bilərsiniz