BAYRAQDAR MEDİA – İranda insan haqları mənbələri xəbər verir ki, dekabrın 21-dən 25-dək ölkə həbsxanalarından ən azı 27 məhbus dar ağacından asılıb.
Xəbəri “Azad İran” Telegram kanalı “Iran International”a istinadla yayımlayıb.
Məlumata əsasən, məhbusların ölüm hökmləri İranın Zahidan, İsfahan, Kermanşah, Sari, Şiraz, Bircənd, Qum, Məşhəd, eləcə də Qoşaçay (Miandab), Urmiya və Nəhavənd zindanlarında həyata keçirilib. Dekabrın 26-da isə Kərəcin Qızılhisar həbsxanasında edam cəzasına məhkum edilən bir nəfər canına qəsd edib.
Bildirilib ki, ötən həftələrdə İranda edam hökmlərinin icrasının artması və siyasi məhbuslar üçün ölüm cəzasının verilməsi ölkə daxilində və xaricdə çoxsaylı etirazlara səbəb olub. İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA qeyd edib ki, dekabr ayında 132, noyabrda isə ən azı 133 nəfərin edam cəzası həyata keçirilib.
İlk şərhi yaza bilərsiniz