Son yeniləmə: 26 Dekabr 2024 09:04
BAYRAQDAR MEDİA – Ərbildə Türkiyənin İstiqlal Marşının müəllifi Mehmet Akif Ersoy üçün anım tədbiri keçirilib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, Beynəlxalq Maarif Ərbil Məktəblərində keçirilən tədbirdə İraqın Kürdüstan Regional Bölgəsinin etnik və dini qurumlardan məsul naziri və İraq Türkmən Cəbhəsi İcraiyyə Şurasının üzvü Aydın Maruf, Türkiyənin Ərbil Baş konsulunun müavini Əmir Bayramoğlu, Ərbil Baş Konsulluğunun attaşesi Nisa Çətin Karaca, Maarif Vəqfi rəsmiləri, Türkmən ədəbiyyatı və türk vətəndaşları iştirak edib.
Bildirilib ki, “tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin oxunması ilə başlayıb. Çıxış edən Nisa Çətin Karaca hər misrasında millətin imanını, şücaətini, əzmini ehtiva edən İstiqlal Marşını təqdim edən Mehmet Akif Ersoyun yaradıcılığından bəhs edib.
Aydın Maruf isə bu həftənin türkmənlər üçün əhəmiyyətli olduğunu ifadə edərək, M.A.Ersoyun böyük və milli şair olduğunu bildirib.
Xəbərdə xatırladılıb ki hər il 20-27 dekabr tarixləri arasında keçirilən “Mehmet Akif Ersoyu Anma Həftəsi”ndə İstiqlal Marşının müəllifi Mehmet Akif Ersoy müxtəlif tədbirlərlə anılır.
İlk şərhi yaza bilərsiniz