Son yeniləmə: 26 Dekabr 2024 09:10
BAYRAQDAR MEDİA – Qırğızıstan xalq şairi Barpi Alikulovun anadan olmasının 140 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə anma proqramı keçirilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev böyük xalq şairi Barpı Alikulovun şeirlərinin təkcə Qırğızıstanda deyil, bütün türk dünyasında tanındığını bildirib, onun əsərlərinin əhəmiyyətinə diqqət çəkib. Sultan Raev Barpı Alikulovun Anadoluda nümunəsinin Aşık Veysəl olduğunu vurğulayıb”.
Baş katib “Burada bildirmək istərdim ki, TÜRKSOY Barpı Alikulov və Aşık Veysellə bağlı bütün fəaliyyətləri dəstəkləyəcək. Həyatı, dünyanı, kainatı, sevgini ürək gözü ilə oxuyan iki soydaş şairimizin türk dünyası gəncləri tərəfindən tanınması üçün xüsusi tapşırıqlar vermişəm və bu məsələni şəxsən izləyəcəyəm. ” deyib.
İlk şərhi yaza bilərsiniz