Press "Enter" to skip to content

“2025-ci ilin “yol xəritəsi”ni müəyyən etdik”

Ruhəngiz Əliyeva

Son yeniləmə: 26 Dekabr 2024 09:10

Ruhəngiz Əliyeva: 2025-ci il CASCFEN üçün yeni əməkdaşlıqların qurulması ili olacaq

BAYRAQDAR MEDİA – “2024-cü il türk dünyası üçün zəngin, maraqlı və məhsuldar oldu. Artıq başa çatmaq üzrə olan il ərzində bir sıra görüşlər, konfranslar, tədbirlər keçirildi. Ən əsası isə 2024-cü ildə hazırki Türk Dövlətləri Təşkilatının hüquqi əsası sayılan Naxçıvan sazişinin imzalanmasının 15-ci ildönümü qeyd edildi. İlboyu türk dünyası ilə bağlı proseslərdə Azərbaycanın QHT sektoru da öz fəallığı ilə fərqləndi”.

Bunu CASCFEN sədrinin Türkiyə ilə əlaqlər üzrə müşaviri, pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyeva deyib.

Onun sözlərinə görə, QHT sektoru hər zaman olduğu kimi bu dəfə də sözügedən sahədə öz missiyasını uğurla icra etdi: “Çox sevindirici haldır ki, bu prosesdə təmsilçisi olduğum “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi də öz fəallığı ilə seçildi. Bizim həyata keçirdiyimiz “Türk dünyasının kommunikasiya əsasları” layihəsi də məhz Naxçıvan sazişinin imzalanmasının 15-ci ildönümünə həsr edilmişdi. Layihə çərçivəsində həm Naxçıvanda, həm də qardaş Türkiyədə, Eskişehirdə möhtəşəm tədbirlər keçirdik. Elə bu tədbirlərdə səslənən fikir və təkliflərdən yola çıxaraq 2025-ci ilin “yol xəritəsi”ni müəyyən etdik”.

R.Əliyeva deyb ki, 2025-ci ildə CASCFEN-in türk dünyası ilə əlaqələrində yeni mərhələ başlayır: “CASCFEN qardaş türk dövlətlərindəki QHT-lərlə yeni əməkdaşlıqlar quracaq. Artıq bununla bağlı ilkin danışıqlar da gedib. Bir sözlə, 2025-ci il CASCFEN üçün yeni əməkdaşlıqların qurulması ili olacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.