Press "Enter" to skip to content

Ümumilikdə 96 məhbusa təlim keçirilib

Layihə iştirakçıları

Son yeniləmə: 25 Dekabr 2024 09:20

Məhkumların peşə bacarıqlarının artırılması məqsədilə keçirilən layihənin hesabatı təqdim olunub

BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin 12 avqust tarixindən etibarən həyata keçirilən pilot layihə üzrə hesabat təqdim olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentıiyindən məlumat verilib.

Bildirilib ki, “hesabata əsasən, 12 avqust – 19 dekabr tarixlərində 9 müxtəlif cəzaçəkmə müəssisəsində ümumilikdə 96 məhbusa təlim keçirilib və müvafiq sertifikatlar təqdim olunub. Layihədə Azərbaycan mətbəxinə həm nəzəri, həm də təcrübə baxımından bələd olan beş aşpaz və texnoloq ekspert və təlimçi qismində cəlb olunub. Onlar məhkumlara aşpazlıq kursları keçib, onları yeni peşə bacarıqlarına və biliklərinə yiyələndirib, eyni zamanda müəssisələrdə hazırlanan yeməyin keyfiyyətinin yaxşılaşdırılması və nəzarəti barədə zəruri məlumatlar veriblər”.

Məlumata görə, hər bir cəzaçəkmə müəssisəsində aşpaz kimi çalışan məhkumlara kulinariya üzrə yerli mütəxəssislər tərəfindən nəzəri və praktiki dərslər təşkil edilib: “Bu dərslər çərçivəsində mətbəx və anbarda tədarük prosesi, məhsulların düzgün saxlanılması, mətbəxdə işləməyin əsas prinsipləri, HACCP və ISO standartlarına uyğun sanitariya-gigiyena qaydaları, qida zəhərlənmələrinin qarşısının alınması və çarpaz çirklənmələrin idarə edilməsi öyrədilib. Eyni zamanda, menyunun düzgün seçilməsi, təqdimatı və texnoloji kartların hazırlanması mövzularına toxunulub. Milli mətbəxə aid dərslər mətbəx mədəniyyəti, mövsümi yeməklər, sərinləşdirici içkilər və nümunələrin hazırlanma texnologiyasını əhatə edib. Layihənin əsas məqsədi cəzaçəkmə müəssisələrində aşpaz qismində fəaliyyət göstərən məhkumların mətbəx bilikləri üzrə maarifləndirilməsi, həmçinin paralel olaraq cəzaçəkmə müəssisələrinin mətbəxinin təkmilləşdirilməsidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.