Press "Enter" to skip to content

Sultan Vahdettin türbəsinin yerləşdiyi kompleks yenilənəcək

Sultan Vahdettin türbəsinin yerləşdiyi kompleks

Son yeniləmə: 25 Dekabr 2024 17:28

BAYRAQDAR MEDİA – Dəməşqdə Osmanlı İmperiyasının son sultanı Sultan Vahdettin (VI Mehmed) türbəsinin də yerləşdiyi Süleymaniyyə Kompleksinin bərpa ediləcəyi açıqlanıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “Suriyada 13 ildir davam edən vətəndaş müharibəsi səbəbilə paytaxt Dəməşqdə Sultan Vahdettin türbəsinin abadlaşdırılması işləri yarımçıq qalıb. Suriyada müxalifətin hakimiyyətə gəlməsi ilə bölgədə bərpa işləri daha da sürətlənəcək”.

Mövzu ilə bağlı açıqlama verən Türkiyənin Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili Burhan Köroğlu, Suriya ilə Türkiyə arasında diplomatik əlaqələrin yüksək səviyyədə olacağını vurğulaylb: ““Türkiyə Dəməşqdə köhnə rejimin süqutundan sonra bütün qurumları ilə bölgəyə gəldi. Komandalarımızın ilk işi Sultan Vahdettin türbəsinin yerləşdiyi kompleksi bərpa etməkdir. Biz burada Türkiyənin dəstəyini çox açıq şəkildə görəcəyik”.

Digər tərəfdən, sözügedən kompleksdə Osmanlı sülaləsinin 30-a yaxın nümayəndəsinin məzarları var. Süleymaniyyə Kompleksi, Qanuni Süleyman zamanında Dəməşqdə başlayan yeni tikinti işləri çərçivəsində Memar Sinan tərəfindən tikilmişdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.