BAYRAQDAR MEDİA – “Radio Farda” saytı xəbər verir ki, “Bloomberq” nəşri İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və hazırda ali rəhbər Əli Xameneyinin müşaviri olan Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani Rusiyaya silah göndərilməsində əsas rol oynamasından söz açıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
Xəbərə əsasən, H.Şəmxani özünü Qərb maliyyə sisteminin mərkəzinə yerləşdirib və Ukrayna ilə müharibədə Moskvaya kömək etmək üçün Xəzər dənizi vasitəsilə Rusiyaya silah ötürən bir qrup iş adamı sırasındadır. Həmçinin o, Dubayda yerləşən “Krios” Gəmiçilik Şirkəti də daxil olmaqla, nəzarəti altında olan şirkətlər şəbəkəsi vasitəsilə ötən ildən Xəzər dənizində ən azı iki gəmi ilə raketlərin, dron hissələrinin və ikili təyinatlı avadanlıqların daşınmasına başlayıb.
İlk şərhi yaza bilərsiniz