Son yeniləmə: 25 Dekabr 2024 15:10
Təyyarə qəzasında yaralananlara qan vermək üçün məntəqələrə üz tutanlar arasında “AMANAT” partiyasının və partiyanın gənclər qanadının üzvləri də var
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Bundan dərhal sonra isə Aktau sakinləri təyyarə qəzasında yaralananlar üçün qan verməyə hazırlaşdığı barədə məlumat yayılıb.
Yaxın saatlarda isə bəlli olub ki, bu qəzadan dərhal sonra, necə deyərlər, qardaş ölkədə qan səfərbərliyi başlayıb. Belə ki, Qazaxıstanın “AMANAT” partiyasının və partiyanın gənclər qanadının üzvləri də qan vermək üçün qanvermə mərkəzinə gedirlər.
Bu barədə partiyanın instagram səhifəsində məlumat və qanvermə ilə bağlı videogörüntü yayılıb.
Bu arada isə o da bəlli olub ki, Qazaxıstan vətəndaşları Azərbaycanın qardaş ölkədəki səfirliyinin önünə gələrək gül-çiçək düzür, həlak olanlaırn xatirəsini yad edirlər.
Bu barədə kaztag.kz saytı məlumat yayıb.
İlk şərhi yaza bilərsiniz