Son yeniləmə: 25 Dekabr 2024 18:34
BAYRAQDAR MEDİA – Dünyaca məşhur və güvənli FlightRadar24 müəyyən edib ki, Azərbaycan Hava Yollarının dekabrın 25-də qəzaya uğramış təyyarəsi havada olarkən – Rusiya ərazisində GPS əlaqəsi əngəllənib.
Bununla bağlı sözügedən xidmət özünün sosial media hesabında paylaşım edib: “Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayan J28243 saylı reys Azərbaycan Hava Yollarına məxsus 4K-AZ65 qeydiyyat nişanlı Embraer ERJ-190 təyyarəsidir. #J28243 Bakıdan UTC vaxtı ilə saat 03:55-də qalxıb və Qroznıya uçurdu. Təyyarə güclü GPS əngəllənməsinə məruz qalıb və bu, təyyarənin ADS-B məlumatlarını pis ötürməsinə səbəb olub. 04:40 UTC-də biz ADS-B siqnalını itirdik. 06:07 UTC-də, yəni təyyarə 06:28 UTC-də qəzaya uğramazdan əvvəl biz ADS-B siqnalını yenidən qeyd edə bildik”.
Flight #J28243 that crashed near Aktau Airport in Kazakhstan is an Azerbaijan Airlines Embraer ERJ-190 with registration 4K-AZ65.#J28243 took off from Baku at 03:55 UTC time and was flying to Grozny. The aircraft was exposed to strong GPS jamming which made the aircraft… pic.twitter.com/rM1Q0jmMPt
— Flightradar24 (@flightradar24) December 25, 2024
Göründüyü kimi, yetərincə uzun müddət – düz 1 saat 27 dəqiqə ərzində təyyarə ilə əlaqə mümkün olmayıb.
Nəzərə alsaq ki, təyyarə ilə GPS əlaqəsi bu müddətdən sonra bərpa edilib, qəsdən siqnalın əngəllənməsi haqqında iddia irəli sürmək olar. Amma yenə də tələsmirik, hələlik rəsmi araşdırma nəticələrini olmadığı üçün burada sözümüzü bitiririk.
Aydınlıq üçün bildirək ki, UTC və ya GMT vaxtı Bakı vaxtından 4 saat geri qalır. Yəni buradakı saatları Bakı vaxtıyla belə oxumalıyıq: təyyarə saat 7.55-də Bakıdan havaya qalxıb; 45 dəqiqə sonra, yəni 8.40-da GPS əlaqəsi kəsilib; saat 10.07-də – düz 1 saat 27 dəqiqə sonra GPS əlaqəsi bərpa edilib; 10.28-də isə təyyarə qəzaya uğrayıb…
İlk şərhi yaza bilərsiniz