Son yeniləmə: 25 Dekabr 2024 09:25
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyindədövlət başçısının sərəncamları ilə təltif olunmuş Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dayanıqlı iqtisadiyyatın inkişafı istiqamətində müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması ilə bağlı Nazirliyin hədəflərini diqqətə çatdırıb. Qeyd olunub ki, insan kapitalının inkişafı, əməkdaşların bilik və bacarıqlarının artırılması bu baxımdanxüsusi önəm kəsb edir və bu, gələcək uğurların əsas şərtlərindəndir”.
Məlumata görə, tədbirdə Azərbaycan Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan vətabeliyindəki qurumların əməkdaşlarına orden və medallar təqdim edilib: “Nazirliyin əməkdaşlarının fəaliyyətlərinə verdiyi yüksək qiymət və göstərdiyi diqqət üçün dövlət başçısına dərin minnətdarlıqifadə edilib. Tədbirdə həmçinin, Nazirliyin fəaliyyətinə verdikləri töhfəyə görə bir qrup əməkdaşa qurumun təşəkkürnamələri təqdim edilib”.
İlk şərhi yaza bilərsiniz