BAYRAQDAR MEDİA – Dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL təyyarəsi duman səbəbindən Mahacqalaya yönləndirilib. Lakin sonra yön dəyişərək qardaş Qazaxıstanın Aqtau şəhərinə yönəlib. Hələlik tam bəlli olmayan səbəbdən təyyarə qəza enişi edib. Nəticə isə acınacaqlıdır. Təyyarədəki 67 nəfərdən (ekipaj və sərnişinlər) ən azı 35 nəfərinin həlak olduğu xəbərləri gəlir. Daha dəqiq məlumat gün ərzində təqdim ediləcək.
Qəzadır, olub, həmişə də olacaq. Əlbəttə heç kim belə bir faciəni arzulamazdı. Ona görə də dost-düşmən, hər kəs başsağlığı verir, üzüntümüzü paylaşır. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan da başsağlığı paylaşımı edib.
Bir qrup da var ki, onlar bu qəzadan belə siyasi maraqları üçün istifadə etməyə çalışır. İddia edirlər ki, quru sərhədləri açıq olsaydı guya bu qəza da olmazmış. Heç dəxli var?
Bu adamların iddiasına görə, qəzaya düşənlər guya quru yoluyla gedəcəkmiş, məcbur olub təyyarə ilə uçublar. Sanki qəzaya düşənlərdən tək-tək soruşublarmış kimi iddia ilə danışır bu adamlar.
Əslində isə təyyarə ilə uçmaq daha təhlükəsizdir, nəinki maşın və ya qatarla getmək. Hava nəqliyyatı mövcud nəqliyyat sistemləri arasında ən təhlükəsizi sayılır. Elə AZAL-ın özündə bu qəzalar neçə dəfə olub? Son 30 ildə 3 bənzər qəza xəbəri olub. Yəni 10 ilə bir qəza.
Bəs avtomobil qəzaları haqqında nə deyə bilərik? Gündə Azərbaycanda onlarla belə qəza xəbəri gəlmirmi? Gəlir. Demək ki, avtomobillə yol getmək təyyarədə uçmaqdan daha risklidir.
Biz bu çirkin manipulyasiyaları nəzərə alaraq açıq mənbələrdən ümumiləşdirilmiş bir müqayisə əldə etdik. Buyurun, özünüz də oxuyun, imkanı olanlar yaysın və o “quru sərhədi” dərdi çəkdiyini iddia edib siyasi oyunbazlıq edənlərə də oxutdursun.
Beləliklə, təyyarələr və avtomobillər arasındakı təhlükəsizlik fərqini müqayisə edərkən, kontekstdən asılı olaraq cavab dəyişir. Ümumi statistikalara əsaslanaraq aşağıdakı nəticələrə baxa bilərik:
Təyyarə
Təhlükəsizlik səviyyəsi: Təyyarələr ən təhlükəsiz nəqliyyat vasitələrindən hesab olunur. Hər il milyonlarla uçuş olur və qəza hallarının sayı çox aşağıdır.
İrimiqyaslı qəzalar: Təyyarə qəzaları nadir hallarda baş versə də nəticələri ağır və çox sayda insanın həyatına səbəb ola bilər.
Nəzarət: Təyyarələr ciddi təhlükəsizlik yoxlamalarından keçir və təcrübəli mütəxəssislər tərəfindən idarə olunur.
Avtomobil
Təhlükəsizlik səviyyəsi: Avtomobillərdə hər gün çox sayda qəza baş verir. Dünya miqyasında avtomobil qəzalarında ölənlərin sayı təyyarə qəzalarına nisbətən olduqca yüksəkdir.
Risk faktorları: İnsan səhvləri, sürət həddi, sərxoşluq, diqqətsizlik və yol şəraiti avtomobil qəzalarını daha çox mümkün edir.
Şəxsi nəzarət: İnsanlar öz avtomobillərini idarə etdikləri üçün təhlükəsizlik birbaşa sürücünün bacarıq və diqqətindən asılıdır.
Nəticə
Statistik baxımdan, təyyarələr daha təhlükəsizdir. Təyyarə ilə səyahət edərkən qəza ehtimalı avtomobillə səyahətə nisbətən qat-qat azdır. Lakin hər iki nəqliyyat vasitəsində təhlükəsizlik şəxsi diqqət və qaydalara riayət etməklə artırıla bilər.
İndi isə daha bir statistika: 2023-cü ildə dünyada 37 milyon təyyarə uçuşu olub. Ümumilikdə irili-xırdalı 100-dək qəza yaşanıb. Bu qəzalardan yalnız birində 72 insan həyatını itirib. Yerdə qalanlarında isə ölüm halları olmayıb. Ümumiyyətlə isə təyyarə qəzası ehtimalı 11 milyonda 1-ə bərabərdir.
Avtomobil qəzaları və ölənlərin sayını müqayisə etsək, sözün həqiqi mənasında dəhşətli fərq var: 2024-cü il ərzində – dekabrın 25-dək dünyada avtomobil qəzalarında 1 milyon 330 min nəfər ölüb!..
Bunları bilə-bilə siyasi manipulyasiyaya yol vermək çirkinlikdən başqa bir şey deyil…
İlk şərhi yaza bilərsiniz