BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin yolunu dəyişərək Qazaxıstana istiqamət götürməsi və qəza baş verməsi nəticəsində ölən və yaralananlar var.
Hadisə baş verərkən Azərbaycan Prezidenti İlham Əliyev də Sankt-Peterburqda keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün öz təyyarəsi ilə Rusiyaya uçurmuş.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, İlham Əliyevə “Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib”.
O da bildirilir ki, “təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımi tapşırıqlar verilib”.
“Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır”, – deyə xəbərdə bildirilir.
İlk şərhi yaza bilərsiniz