Son yeniləmə: 25 Dekabr 2024 12:22
Vüqar Bayramov: D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır
BAYRAQDAR MEDİA – “Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv olması ölkəmiz üçün strateji, siyasi və iqtisadi baxımdan yeni üstünlüklər yaradır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, sülh, dialoq, demokratiya və əməkdaşlığı dəstəkləyən təşkilatın əsas prinsiplərindən biri də ikili standart yox, ədalətdir: “Dünyada ikili standartların gücləndiyini nəzərə alsaq bu təşkilatın formalaşdırdığı münasibətlərin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”.
Qeyd edilib ki, nominal ÜDM-i 5 trilyon 199 milyon dollar, real ÜDM-I isə 18 milyard 182 milyon dollar olan D-8 ölkələri müsəlman dünyası əhalisinin 60 faizinə sahibdir: “Bu dünya əhalisinin 16 faizi deməkdir. Bu ölkələr arasındakı ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur. Bu isə deməkdir ki, D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır. Üzvlük eyni zamanda ölkəmizin geo-siyasi mövqeyini daha da gücləndirəcək”.
Vüqar Bayramov əlavə edib ki, Azərbaycan təşkilatın 9-cu üzvü olmaqla yanaşı yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir.
İlk şərhi yaza bilərsiniz