BAYRAQDAR MEDİA – Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq”.
İlk şərhi yaza bilərsiniz