BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etməklə bağlı Sərəncam imzalayıb.
Sərəncamla 2024-cü il dekabrın 26-da Azərbaycan ərazisində matəm günü olacaq.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
İlk şərhi yaza bilərsiniz