Press "Enter" to skip to content

ATİB İdarə Heyətini yeniləyib

İcladan xatirə fotosu

Son yeniləmə: 25 Dekabr 2024 12:11

BAYRAQDAR MEDİA – Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən Birliyin qızıl üzvü Azər Türk Bankın dəstəyi ilə Ümumi Yığıncağın növbəti iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya ATİB-dən məlumat verilib.

Bildirilib ki, “prosedura uyğun olaraq Ümumi Yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və katiblər seçilib, həmçinin iclasın gündəliyi təsdiq edilib. İclasın sədri Sami Acarözmen, katiblər isə Nəzər Emin və Gülnar Şirinova seçilib”.

Məlumata görə, gündəliyə uyğun olaraq ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov İdarə Heyətinin 2024-cü il üzrə hesabatını iclas iştirakçılarına təqdim edib: “İllik hesabat Ümumi Yığıncaq iştirakçıları tərəfindən yekdilliklə qəbul edilib. Bundan sonra İdarə Heyətinin və Ehtiyat İdarə Heyətinin tərkibinin tam şəkildə formalaşdırılması üçün İdarə Heyətinə yeni üzvlər seçilməsi məsələsinə baxılıb. Qərara əsasən İdarə Heyətinin 15 əsas və ehtiyat üzvləri olmaqla yeni tərkibi seçilib”.

Məlumatda deyilir ki, daha sonra ATİB sədrinin müavini Tahsin Gündem Təftiş Komissiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatı, Komissiya tərəfindən təqdim edilmiş rəyə əsasən, Birliyin 2024 – cü il üzrə illik balansını və maliyyə hesabatlarının təqdim edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.