Son yeniləmə: 25 Dekabr 2024 15:11
BAYRAQDAR MEDİA – Aktau sakinləri təyyarə qəzasında yaralananlar üçün qan verməyə hazırlaşır.
Bu barədə Qazaxıstanın kaztag.kz saytı məlumat yayıb.
Məlumatda deyilir: “Narahat olan Aktau sakinləri təyyarə qəzası qurbanları üçün qan vermək üçün şəhərin qan mərkəzinə gəliblər”.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
İlk şərhi yaza bilərsiniz