Son yeniləmə: 25 Dekabr 2024 09:23
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 215 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir. Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 6 043 sinif üzrə 168 530 şagirdi əhatə edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir”.
İlk şərhi yaza bilərsiniz