Press "Enter" to skip to content

21 mindən artıq ağac əkilib

21 mindən artıq ağac əkilib

BAYRAQDAR MEDİA – Dekabrın 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələrinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ölkə üzrə genişmiqyaslı meşəbərpa tədbirləri keçirilib və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Prezident İlham Əliyevin ətraf mühitin mühafizəsi, yeni yaşıllıqların salınması və artırılması, iqlim dəyişikliyi ilə mübarizə sahəsində apardığı siyasətə, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən yaşıllaşdırma işlərinə töhfə vermək məqsədi ilə gün ərzində Xaçmaz, Şabran, Sabirabad, Bərdə, Şamaxı, Zaqatala, Şəki, Qax, Qəbələ, Masallı, Lənkəran, Qazax, Şəmkir, Beyləqan və Göygöl rayonlarının ümumilikdə 13 hektar meşə fondu torpağının açıq və seyrək ərazilərində 21 mindən artıq Eldar şamı, Şərq çinarı, göyrüş, dəmirağacı, palıd və cökə tingləri əkilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.