Press "Enter" to skip to content

156 mindən çox müraciət

Müraciətlər zamanı

Son yeniləmə: 25 Dekabr 2024 12:04

BAYRAQDAR MEDİA – 2024-cü təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 156 270 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 86 min 913 zəng daxil olub. BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 3 min 423 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 35 min 31 müraciət daxil olub. 30 min 903 sənəd (vətəndaşlar tərəfindən 8 min 474 ərizə, 4 min 654 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 4 min 92, digər qurumlardan 2 min 779, tabelikdə olan təhsil müəssisələrindən 6 min 499 məktub və 4 min 405 kadr ərizəsi) qəbul olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.