Son yeniləmə: 24 Dekabr 2024 15:30
BAYRAQDAR MEDİA – “Etemad Online” İranda turizmlə bağlı vəziyyətin kritik olmasına toxunaraq yazıb ki, son 9 ay ərzində 16 ölkə öz vətəndaşlarına İrana səfər etməkdən çəkinməyi və bu ölkədən çıxmağı tövsiyə edib.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
Məlumata görə, İranda 5 min turizm agentliyinin yarısının bağlanması xaricilərin ölkəyə gəlişinin sıfıra enməsi və son 5 ildə turizm sənayesinin kəskin uğursuzluğunun nəticəsidir. Bir çox xarici ölkə vətəndaşı casusluq bəhanəsilə İranda həbs ediləcəyindən qorxduğu üçün bu ölkəyə səfərdən çəkinir, eyni zamanda geyim tərzinə görə zorakılıq görəcəyindən narahatdır.
İlk şərhi yaza bilərsiniz