BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, iqlim dəyişikliyi ilə mübarizə sahəsində apardığı siyasətə, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma işlərinə töhfə vermək məqsədi ilə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Azərbaycanın COP komandasının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “ETSN, COP komandası və könüllülərin iştirakı ilə Bakının Xocasən qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Qeyd edək ki, artıq bir neçə ildir ölkədə davam edən genişmiqyaslı ağacəkmə aksiyaları yaşıllıq sahələrinin artırılmasını təşviq etməyə, ətraf mühitin mühafizəsinə, ekoloji təhlükəsizliyin təmininə və iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə istiqamətlənib”.
Daha sonra xəbərdə, “Azərbaycanın ekoloji sahədə, iqlim dəyişikliyi ilə mübarizədə regionun lider dövləti kimi təqdim edilməsi təbii ki, Azərbaycan dövlətinin, o cümlədən ölkə başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin, əhalinin sağlamlığının qorunması və paralel olaraq ekoloji mühitin sağlamlaşdırılması istiqamətində ardıcıl və uzaqgörən fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir” deyə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz