Son yeniləmə: 24 Dekabr 2024 10:23
BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşlər keçirib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “görüşdə iqtisadiyyat naziri dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə yaradılmış “Yüksəliş” müsabiqəsininölkəmizdə kadr potensialının zənginləşdirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.Mentorluq proqramı çərçivəsində Nazirliyin və özəl şirkətlərin nümayəndələri ilə təşkil edilən görüşlərin idarəçilikdə effektivliyin yüksəldilməsi, strateji yanaşmavə digər istiqamətlərdə qaliblərinbilik və bacarıqlarının artırılmasına hədəfləndiyi qeyd edilib”.
Məlumatda daha sonra deyilir: “Gənclər keçirilən görüşlərdə ölkəmizdə sahibkarlığın inkişafı, rəqəmsallaşma, innovativ həllərin və texnologiyaların tətbiqi, vergi islahatları, sənaye zonalarında beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq, işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafı məqsədilə görülmüş işlərlə bağlı ətraflı məlumat aldıqlarını bildiriblər. Mentorluq proqramının resursların səmərəli istifadəsi, strateji layihələrin icrası və tərəfdaşlarla əlaqələrin qurulması baxımından səmərəli təcrübə olduğu nəzərə çatdırılıb”.
Görüşdə gənclərin fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri nəticələrmüzakirə edilib, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib.Mentilərəgələcək fəaliyyətlərində uğurlar arzulanıb.
İlk şərhi yaza bilərsiniz