Press "Enter" to skip to content

“Kalabalık yalnızlık”

Son yeniləmə: 24 Dekabr 2024 10:22

2024-cü ilin sözü bəlli oldu

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə maraqlı araşdırma aparılıb. Belə ki, Türk Dil Kurumunun keçirdiyi sorğu nəticəsində 2024-cü ilin sözü müəyyənləşib.

Bu barədə oncusehir.com saytı məlumat yayıb.

Bildirilib ki, “Ankara Universiteti Ünsiyyət Araşdırma və Tətbiq Mərkəzi (İLAUM) ilə əməkdaşlıq çərçivəsində bu sahədə ekspertlərdən ibarət qiymətləndirmə şurası tərəfindən “İzdihamlı tənhalıq” (“Kalabalık yalnızlık”), “Mərhəmət”, “Yadlaşma”, “Alqoritm”, “Degenerasiya”, sözləri ictimai səsverməyə çıxarılıb. Səsvermə nəticəsində ən çox səs toplayan (“Kalabalık yalnızlık” sözü TDK tərəfindən 2024-cü ilin sözü seçilib”.

Məlumata görə, digər tərəfdən, qiymətləndirmə şurası “İzdihamlı tənhalıq” anlayışını seçmə səbəbini də açıqlayıb: “2024-cü ildə insanların izdiham içində tənha hiss etdiklərini göstərən araşdırmaların sayında artım olduğu görülür. Bir-birinin əksi kimi dayanan, birliyi ifadə edən “tənhalıq” ilə çoxluğu ifadə edən “kütlə” eyni anda mövcud ola bilər. Sosioloji, psixoloji və kommunikativ səbəblərlə izah oluna bilən bu vəziyyət fərdlərin gündəlik həyatında, qurduqları münasibətlər formalarında özünü göstərir. Araşdırmalar göstərir ki, sosial media və rəqəmsal texnologiyalardan istifadənin artması ilə insanlar özlərini daha tənha hiss etməyə başlayır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.