Son yeniləmə: 24 Dekabr 2024 15:31
BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı milli fəal Vəhid Əbhərinin girov müqabilində zaminə buraxılmasından sonra, son bir neçə gün ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik qüvvələri fəalın ailə üzvlərinə dəfələrlə zəng ediblər.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Bildirlib ki, təhlükəsizlik qüvvələri milli fəalın SEPAH-ın qərargahına gəlməsini tələb ediblər. V.Əbhərinin yaşlı anası təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmaqla hədələndikdən sonra o, SEPAH-ın qərargahına gedib və orada dindirilib.
İlk şərhi yaza bilərsiniz