Son yeniləmə: 24 Dekabr 2024 14:55
BAYRAQDAR MEDİA – Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısına çıxıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.
O, bildirib ki, pop ulduz bu dəfə “Veyseloğlu” şirkətlər qrupunun 30 illik yubiley gecəsində iştirak edib.
Məlumata görə, “Crystall hall”da reallaşan konsert proqramında şirkətin heyyəti ilə yanaşı müğənninin pərəstişkarları da qatılıb: “Çıxışı boyunca bir-bir hitlərini təqdim edən sevimli müğənniyə pərəstişkarları da qoşulublar. Onlar bütün səslənən mahnıları Tünzalə Ağayeva ilə birlikdə, əzbərə söyləyiblər. Hər zaman fərqli görünən Xalq artisti bu dəfə də gələn qonaqların zövqünü oxşayıb. Estrada ulduzunun leopard naxışlı, heyrətamiz geyimin müəllifi dizayner Lali Rüstəmovadır. Xalq artistinin makiyajı və saç düzümü isə stilist Sabir Bağırova məxsusdur”.
İlk şərhi yaza bilərsiniz