BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat – 2 qəsəbəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 250kv.m. olan avtomobil təmiri sexinin bir boksunda baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına, o cümlədən digər bokslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Sonra xəbərdə, “yanğın nəticəsində bir dam altında tikilmiş 3 boksdan ibarət avtomobil təmiri sexinin bir boksu 80kv.m. sahədə, içərisində təmirə dayanmış “VAZ-2107” markalı minik avtomobilinin mühərrik və salon hissəsi qismən yanıb” deyə qeyd edilib.
Avtomobil təmiri sexinin digər 2 boksu və “VAZ-2107” markalı minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
İlk şərhi yaza bilərsiniz