Press "Enter" to skip to content

Yerli avtomobil sənayesi üçün müjdə

Son yeniləmə: 23 Dekabr 2024 10:47

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə III oxunuşda qəbul edilib.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, vergi qanunvericiliyində biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində nəzərdə tutulan mühüm dəyişikliklərdən biri ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsiilə bağlıdır: “Məlum olduğu kimi, nәqliyyat sisteminin daha tәhlükәsiz, ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması mәqsәdilә ölkәmizin avtobus parkının yenilәnmәsi istiqamәtindә işlәr görülür. Eyni zamanda, ölkədə avtobus parkının yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә elektrik avtobusların yerli istehsalının qurulmasına dair müqavilələrin bağlanılması istiqamətində işlər aparılmaqdadır”.

Məlumatda deyilir ki, hazırda Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır: “Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə müvafiq azadolma ölkə ərazisində avtobus istehsalına da şamil edilir. Belə ki, qanunvericiliyə nəzərdə tutulan dəyişikliyə əsasən, ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Beləliklə, yerli avtobus istehsalçılarına vergi güzəştlərinin verilməsi nəticəsində avtomobil sənayesinin canlanması və iqtisadiyyata əlavə investisiyaların cəlb olunması hədəflənir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.