Press "Enter" to skip to content

Yeni il ilə bağlı maarifləndirmə tədbirləri

Yeni il ilə bağlı maarifləndirmə tədbirləri

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu çərçivədə, Xidmət Yeni il bayramı münasibəti ilə keçiriləcək şənliklərdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə yanğına qarşı təbliğat və nəzarət tədbirlərini daha da gücləndirib. Belə ki, Xidmətin əməkdaşları respublikanın paytaxtında, digər şəhər və rayonlarında yerləşən ictimai-iaşə obyektlərində, əyləncə və ticarət mərkəzlərində, insanların kütləvi toplaşdığı məkanlarda yanğın-texniki müayinə və maarifləndirmə tədbirləri keçirirlər”.

Sonra xəbərdə, “tədbirlərdə ehtiyat çıxış yollarının tutulmasının, zallara normadan artıq insan buraxılmasının, pirotexniki vasitələrdən istifadə olunmasının yolverilməzliyi, küknar ağacının yerə möhkəm bərkidilməsinin, işıqlandırmada saz və standartlara uyğun vasitələrdən istifadə olunmasının, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılır. Həmçinin, tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılır, zəruri tövsiyələr verilir, suallar cavablandırılır, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunur, maarifləndirici çap məhsulları paylanılır” deyə bildirilir.

Qeyd edək ki, bu kimi tədbirlər bayram ərəfəsində sözügedən Xidmət tərəfindən kütləvi olaraq keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.