Press "Enter" to skip to content

Üçüncü görüş də maraqlı məqamlarla yadda qaldı

Görüş zamanı

Son yeniləmə: 23 Dekabr 2024 10:46

MÜSİAD Azərbaycan media ilə əməkdaşlığa xüsusi önəm verir

BAYRAQDAR MEDİA – Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyinin təşəbbüsü ilə Müstəqil “MÜSİAD Azərbaycan”ın ev sahibliyində iqtisadiyyat sahəsində fəaliyyət göstərən bir qrup jurnalist ilə 3-cü görüş keçirildi. Görüş Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə təşkil edilmişdi.

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə növbəti görüş
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə növbəti görüş

 

Görüşü giriş sözü ilə açan “MÜSAİD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli öncə belə bir görüşün əhəmiyyətindən bəhs etdi.

Bu gün də media ilə əməkdaşlıq uğurla davam edir

Vurğulandı ki, MÜSİAD Azərbaycan 2018-ci ildə fəaliyyətə başlayıb və hazırda müxtəlif sahələrdə fəaliyyəıti ilə fərqlənir: “Biz hər zaman media ilə əməkdaşlığa xüsusi önəm vermişik. Bu gün də media ilə əməkdaşlıq uğurla davam edir. Hesab edirik ki, hər bir sahədə fəaliyyətin uğurlu olması həm də media ilə əməkdaşlığın düzgün qurulmasından keçir. Ayrıca bu görüşün keçirilməsinə görə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilirə təşəkkür edirik. Hesab edirik ki, gələckdə də bu cür məhsuldar görüşlərimiz olacaq”.

Bu istiqamətdə inamlı addımlar atılır

Çıxışına davam edən Rəşad Cabirli dedi ki, qurumun üzvü olan şirkətlər son üç ildə Azərbaycana 61,3 milyon manat investisiya yatırıb.

Rəşad Cabirli
Rəşad Cabirli

Qeyd edilib ki, Şuşa bəyannaməsinin bəndlərindən biri Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlıdır: “Bu istiqamətdə inamlı addımlar atılır. İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. Həmçinin Azərbaycana investisiyaların həcminə görə, Türkiyə ilk yerlərdən birini tutur. Preferensial ticarət rejimi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayı 35-ə çatdırılıb”.

Görüləcək işlər də çoxdur

Onun sözlərinə görə, əldə edilən nəticələr öz yerində, amma atılası addımlar da var: “Bununla belə iqtisadi əlaqələrlə bağlı qoyulan hədəflər istiqamətində görüləcək işlər çoxdur. İnvestisiyanın cəlb edilməsi istiqamətində təşviq gücləndirilməlidir. Bölgələrdə bizim əlimizdə iqtisadi göstəricilərlə bağlı təqdimatlar olmalıdır”.

Bu müddət ərzində çoxsaylı görüşlər keçirilib

Görüşdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir artıq ilə yekun vurulduğunu, bir həftədən sonra 2024-cü ilin başa çatacağını dedi.

Cihangir İşbilir
Cihangir İşbilir

Bu vəzifədə fəaliyyətə başladığı ilk gündən əsas amalının Türkiyənin və Azərbaycanın media təmsilçilərini bir platformada, sözün həqiqi mənasında birləşdirmək, birgə addımlar atmaq olduğunu deyən Cihangir İşbilir bildirdi ki, bu müddət ərzində çoxsaylı görüşlər keçirilib: “Bakıda fəaliyyətə başladıqdan sonra müxtəlif sahələri əhatə edən media təmsilçiləri, o cümlədən ayrı-ayrı təşkilatlarla görüşlər keçirdik. Bundan başqa müxtəlif təşkilatlarda spesifik sahələri təmsil media təmsilçiləri ilə səhər yeməyi formatında görüşlərin təşəbbüskarı olduq. Deyim ki, bu fəaliyyətimiz hədər getmədi və artıq ortada real nəticələr var”.

2025-ci ilin fəaliyyət planı “yol xəritəsi” əsasında qurulucaq

Cihangir İşbilir vurğuladı ki, görüşlər və məsləhətləşmələrdə səslənən təkilflər artıq bir yerə toplanıb: “Biz onlardan ən optimallarından ibarət belə deyək ki, bir “yol xəritəsi” hazırlayacağıq. 2025-ci ilin fəaliyyət planımız məhz bu “yol xəritəsi” əsasında qurulucaq. Yəni hesab edirəm ki, 2025-ci ildə konkret hədəflərə hesablanmış fəaliyyətimizlə mərkəzində Türkiyə-Azərbaycan qardaşlığının dayandığı türk dünyasına xidmət istiqamətində yeni addımlar atacayıq”.

Görüşdə əməkdaşlıq, görülən işlər, yeni tərəfdaşlıq istiqamətləri və əlaqələrin inkişaf perspektivləri müzakirə edildi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.