Press "Enter" to skip to content

 Quzey Makedoniya prezidentindən TİKA-ya təşəkkür

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Quzey Makedoniya Prezidenti Qordana Siljanovska-Davkova Türk Əməkdaşlıq Koordinasiya Agentliyinin (TİKA) vitse-prezidenti Dr. Mahmut Çeviki qəbul edib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, qəbul zamanı TİKA-nın Quzey Makedoniyadakı fəaliyyəti gündəmə gətirilib: “Prezident Silyanovska-Davkova TİKA-nın sədr müavini Mahmud Çevikin keçmişdən bu günə verdiyi dəstək və həyata keçirilən layihələr çərçivəsində göstərdiyi səyləri yüksək qiymətləndirdiyini vurğulayaraq, ona təşəkkürünü bildirib. Prezident Silyanovska-Davkova Türkiyənin Quzey Makedoniyanın müstəqilliyini ilk gündən dəstəklədiyini bildirib”.

Digər tərəfdən görüşdə TİKA-nın qarşıdakı dövrdə ölkədə həyata keçirməyi planlaşdırdığı layihələr də müzakirə edilib.

Mission News Theme by Compete Themes.