Son yeniləmə: 23 Dekabr 2024 07:27
BAYRAQDAR MEDİA – Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə Kasyun dağında çay içib.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, “xarici işlər naziri Hakan Fidan Əsəd rejiminin devrilməsindən sonra Suriyada təmaslarını davam etdirir. Nazir Hakan Fidan paytaxt Dəməşqə quşbaxışı olan Kasyun dağında Suriyada yeni administrasiyanın lideri Əhməd əl-Şara ilə çay içib”.
Məlumata görə, Kasyun dağı müqəddəs yerləri, mağaraları və peyğəmbərlərə və saleh insanlara aid edilən əfsanələri ilə tanınır.
İlk şərhi yaza bilərsiniz