Press "Enter" to skip to content

Vikipediyada Atatürkün bacısı haqqında məqalə

Vikipediyada Atatürkün bacısı haqqında məqalə

Son yeniləmə: 20 Dekabr 2024 20:40

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada Mustafa Kemal Atatürkün bacısı Makbule Atadan haqqında olan məqaləni əsaslı redaktə edib.

Bildirək ki, Ali Rza Efendi və Zibeyde xanımın 6 uşağından biri kimi dünyaya gəlmiş M.Atadan M.K.Atatürkün tək qalan bacısıdır və o, Atatürkün bütün həyatının şahidi olub. M.Atadan 1934-cü ildə qəbul edilən “Soyad Kanunu”na əsasən həyat yoldaşının “Boysan” soyadını alsa da, 1946-cı ildə boşandıqdan sonra “Atatürkdən yadigar” mənasını verən “Atadan” soyadını götürüb. M.Atadanın qardaşı ilə bağlı xatirələri “Böyük Qardaşım Atatürk” (1952) və “Böyük Qardaşım Mustafa Kamal” (1952) adları ilə nəşr edilib.

X.Məmmədli BAYRAQDAR MEDİA-ya bildirib ki, məqalə daha əvvəl yaradılmış olsa da, lakin sistemli şəkildə deyildi: “Bu məqaləni əsaslı redaktə etməyimdə mühüm səbəb o oldu ki, mən İzmir Qadın Muzeyinə gedən zaman orada “Öncü Kadınlarımız” stendi ilə tanış oldum. O stenddə Makbule xanım da yer alır. O zaman gördüm ki, Makbule xanımın Vikipediyadakı məqaləsi yaxşı işlənməyib. Düşündüm ki, həmin məqaləni genişləndirim. Daha sonra Makbule xanım haqqında məlumatlar toplayıb məqaləni əsaslı redaktə edərək genişləndirdim”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.