Press "Enter" to skip to content

Təqaüdçülərə şad xəbər

Eskişehir

Son yeniləmə: 20 Dekabr 2024 08:29

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi təqaüdçülərin sosial həyatını canlandırmaq məqsədilə “Emek Kafe” layihəsini həyata keçirir.

Bu barədə sakaryagazetesi.com.tr məlumat yayıb.

Bildirilib ki, “Bələdiyyə sədri Ayşe Ünlüce seçki dövründə ən çox tələb olunan layihələrdən biri olan bu təqaüdçü klubunu 27 dekabr 2024-cü ildə açacaqlarını açıqlayıb. A.Ünlüce “Təqaüdçülər üçün kafe xalqımızdan ən çox tələbat alan layihələrdən biri olub.

Təqaüdçülərimizin hazırkı maaşları ilə sosiallaşa biləcəkləri uyğun sahələrin olmaması mühüm problemdir. Ona görə də yerli üslubda kafe açılacağına söz verdik. Adını “Emek Cafe” qoymağı düşünürük. Bu ad illərlə zəhmət çəkən təqaüdçülərimizə yaraşır. “Kafe bizim pensiyaçılar üçün gözəl hədiyyə olacaq”deyib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.