Press "Enter" to skip to content

Qırğızıstanda soyadların türkləşdirilməsi gündəmdədir

Qırğızıstan bayrağı

Son yeniləmə: 20 Dekabr 2024 09:08

BAYRAQDAR MEDİA – Qırğızıstan Parlamentinin Nəqliyyat, Rabitə, Memarlıq və Tikinti Komissiyasının növbədənkənar iclası keçirilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, növbədənkənar iclasda “Qırğızıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında qanun layihəsi” ətrafında müzakirələr aparılıb: “Qanun layihəsində Qırğızıstan Respublikasının Ailə Məcəlləsi, Qırğızıstan Respublikasının Qanunu, Vətəndaşlıq vəziyyəti qanunlarına nəzərdə tutulan dəyişikliklər müzakirə edilib. Qanun layihəsində rus soyad şəkilçilərinin qırğız türkcəsi ilə əvəzlənməsi müzakirə olunub”. Məlumata görə, deputat Samyikojo rusca -ov/-ova və -oviç/-ovna şəkilçiləri əvəzinə “uulu” (oğul), “qızı” (qızı) və “tegi” (nəsil) kimi qırğız türkcəsi şəkilçilərindən istifadə etməyi təklif edib: “Deputat qeyd edib ki, bu dəyişikliklərin məqsədi qırğız adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə uyğun soyad seçimi imkanlarını genişləndirməkdir. Komissiya üzvləri qanun layihəsini birinci oxunuşda dəstəkləyiblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.